EN

Tramp: "Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır"

"Çox ehtimal ki, Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır".

RBC-yə istinadən xəbər verilir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Düşünürəm ki, Rusiya ilə yaxşı irəliləyirik. Açığını desəm, mənə elə gəlir ki, Ukrayna ilə razılaşma əldə etmək daha çətindir. Onların kartları yoxdur", - Tramp bildirib.

Onun sözlərinə görə, Moskvanın "kozırları" var, ona görə də, onlarla iş görmək daha asandır.

Amerika liderinin sözlərinə görə, Prezident Vladimir Putin döyüşləri dayandırmaq istəyir.

ABŞ-nin Ukraynaya hərbi yardımı (indi dayandırılıb) ilə bağlı suala cavab olaraq o bildirib ki, dəstək yenidən mümkün ola bilər.

Mənbə: oxu.az

Chosen
8
1
oxu.az

2Sources