EN

Verilişinə köhnə sevgilisini çağırdı - Gündəm oldu

Türkiyəli məşhur fenomen Danla Bilic keçən il ayrıldığı sevgilisi reper Emirhan Çakalı yutubda yayımlanan verilişinə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, reper səmimi açıqlamalar verib və Danla Biliçin dostlarından birini sevmədiyini etiraf edib.

O keçmiş sevgilisinə üz tutaraq ayrılıq səbəbini soruşub:

“Niyə ayrıldıq, Danla? Ətrafında sevmədiyim tək bir insan var. Və sən onu çox yaxşı tanıyırsan”.

Onun adını çəkdiyi şəxsin kimliyi səsə qoyulan senzura səbəbilə eşidilməsə də, daha sonra görüntüdə “Cemal” adını dediyi izləyicilərin diqqətindən yayınmayıb.

Məlum olub ki, söhbət “Survivor” çempionu Cemal Can Cansevendən gedir.

Xatırladaq ki, Cemal, cütlüyün ayrılıq xəbəri yayılmazdan bir neçə gün öncə Danla və Emirhan ayrılacağı ilə bağlı ipucu vermişdi.

Chosen
14
1
qafqazinfo.az

2Sources