EN

Yeni su kəşfi - bildiyimiz hər şeyi dəyişə bilər

Yeni araşdırmalar su molekulları haqqında bəzi bilinməyən nəticələri əldə ediblər.

News24.az bildirir ki, Nature Astronomy jurnalında dərc olunan araşdırmaya görə, həyat üçün vacib hesab edilən su, kainatımızda əvvəllər düşünüldüyündən çox əvvəl mövcud ola bilər. Çipin sözlərinə görə, tədqiqat qrupu ilk dəfə kainatda suyu modelləşdirib. 

Tədqiqatçılar deyirlər ki, yaşamaq üçün əlverişli planetlər kainat daha gənc olanda yaranıb. Onların simulyasiyalarına görə, su molekulları ilk fövqəlnovalardan (ulduz partlayışlarından) sonra görünməyə başlayıb.

Tədqiqatlar göstərir ki, kainatda Böyük Partlayışdan cəmi 100-200 milyon il sonra su var və su ilk qalaktikaların əsas komponenti olub.

Başqa sözlə, həyat üçün əsas olan vasitələrdən biri kainatın çox erkən mərhələlərində yayılmış ola bilər.

Zəhraxanım Şeydayeva



Chosen
121
news24.az

1Sources