Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
Azreform.info xəbər verir ki, o, halqalarla hərəkət proqramında rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb.
Qadın gimnastımız Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Qeyd edək ki, turnir martın 9-da başa çatacaq.