Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qız ölüb.
Azreform.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "İnternat məktəbi" adlanan ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Nərmin Rafiq qızı Hüseynova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.