EN

Məşhur aktyor və həyat yoldaşının ölüm səbəbi məlum oldu


Amerikalı aktyor, ikiqat “Oskar” mükafatı laureatı Cin Hekmen və onun həyat yoldaşı, pianoçu Betsi Arakavanın ölüm səbəbləri məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tibb işçiləri mətbuat konfransında yarılma nəticələrini açıqlayıblar.
Mütəxəssislər, Betsinin ağciyərlərində ölümcül maye yığılmasına səbəb olan və tibbi olaraq hantavirus ağciyər sindromu kimi tanınan hantavirusa yoluxduğunu deyib. Qeyd edilib ki, insanlara gəmiricilərdən - siçovullardan, siçanlardan keçir:
“Xəstəlik ABŞ-də nadirdir, hər il bir və ya iki nəfərin ölümünə səbəb olur.
Pianoçu fevralın 11-də, Hekmen isə fevralın 18-də dünyasını dəyişib. Bunu kardiostimulyatorun məlumatları sübut edir. 95 yaşlı aktyor uzun müddət ürək-damar və Alzheimer xəstəliyindən əziyyət çəkib. Buna görə də Cin arvadının ölümünü barədə xəbər verməyib - hətta onun dünyasını dəyişdiyini dərk etməyib.
Ölən ər və arvad evin müxtəlif yerlərində tapılıb. Arakava hamamda aşmış qızdırıcının yanında tapılıb. Onun yanında səpələnmiş tiroid tabletləri tapılıb. Orada ölüm səbəbi hələlik açıqlanmayan it meyiti də tapılıb.
Hekmenın cəsədi dəhlizdə idi. Aktyorun yanında günəş eynəyi və çəlik olub. Arvadının ölümündən sonra bir həftə ərzində Cin evdə dolaşıb. O, uzun müddət yemək yeməyib - yarılma ölüm zamanı mədəsinin boş olduğunu göstərib”.
Chosen
12
yeniavaz.com

1Sources