EN

Hitlerin qorxulu yuxusu: II Dünya müharibəsinin taleyini dəyişən qadın casus necə öldü?


II Dünya müharibəsinin gedişatına təsir etdi, Britaniyanın ilk qadın casusu oldu, bu işi o qədər mükəmməl şəkildə yerinə yetirdi ki, təsiri bütün dünyaya yayıldı. Bir çox ölkə daha çox qadın casus yetişdirmək üçün yarışa girdi. O, bu dəhşətli müharibədən sağ çıxmağı bacardı. Bəs Krıstına Skarbek necə öldü?

Qaynarinfo xəbər verir ki, II Dünya müharibəsi haqqında danışarkən çoxlarının adını eşitmədiyi Krıstına Skarbek (İngiltərədə Kristin Qranvill kimi tanınır) Adolf Hitlerin qorxulu yuxusuna çevrilmişdi. Lakin onun möhtəşəm kəşfiyyat bacarıqları Hollivudun diqqətini belə çəkmədi və bu əfsanəvi qadın casusun həyatı filmlərə mövzu olmadı.
8 Mart münasibətilə II Dünya müharibəsinin gedişatını dəyişdirən, Hitlerin Almaniyasını qorxuya salan polyak əsilli casus Skarbekin faciəvi hekayəsinə nəzər salaq.
Müharibəyə aparan yol
Krıstına Skarbek 1908-ci ildə Polşada varlı bir ailədə anadan olub. Yaxşı təhsil alan Skarbek təbiət idmanlarına böyük maraq göstərirdi. O, bu bacarıqlarının yaxınlaşan qlobal müharibədə həyati əhəmiyyət daşıyacağından xəbərsiz idi.
1939-cu ildə Almaniya Polşanı işğal etdikdə, Skarbek və ailəsi ölkəni tərk etmək məcburiyyətində qaldı. Bu, onun Britaniyaya gedən yolunu açdı. Burada o, Britaniyanın Gizli Kəşfiyyat Xidmətində (SOE) casus kimi çalışmağa başladı.
Müharibənin taleyini həll edən kəşfiyyat müharibəsində Skarbekin fəaliyyəti Müttəfiqlərə böyük üstünlüklər qazandırdı.
Polyak müqaviməti ilə əlaqələr qurdu
Cəsarəti və zəkası onu mükəmməl casusa çevirdi. O, nasistlərin nəzarəti altında olan Polşaya gizli keçid etməyi bacaran ilk kəşfiyyatçı oldu.
Dağçılıq və xizək bacarıqlarından istifadə edərək sərt qış şəraitində Alp dağlarını aşaraq Polşaya keçdi. Burada yerli müqavimət hərəkatı ilə əlaqə quraraq, Britaniya kəşfiyyatına həyati əhəmiyyət daşıyan məlumatlar ötürdü.
Ölümlə rəqs
Lakin 1941-ci ildə vəziyyət dəyişdi. Skarbek Macarıstanda gizli vəzifədə olarkən nasistlərin Gestapo təşkilatı tərəfindən yaxalandı.
 
Ancaq o, Gestaponun sərt sorğu-sualına tab gətirib onları aldatmağı bacardı. Vərəm xəstəsi rolunu oynayaraq və qan qusduğunu iddia edərək sərbəst buraxıldı.
1944-cü ildə isə Fransada müqavimət hərəkatına dəstək vermək üçün göndərildi. Burada Gestaponun əsir götürdüyü casusları xilas etməyi bacardı.
Nasistləri aldatdı
Skarbekin beynəlxalq şöhrət qazanmasına səbəb olan hadisə isə Fransada baş verdi. O, Fransız müqavimətçilərin azad edilməsi üçün alman zabitlərini hədələdi. Skarbek nasistləri Müttəfiqlərin yaxınlaşdığına inandıraraq, əsirlərin sərbəst buraxılmasına nail oldu. Onun inandırıcılıq bacarığı inanılmaz dərəcədə güclü idi.
Faciəvi son
Müharibə başa çatdıqdan sonra Skarbekin qəhrəmanlıqları unudulmağa başladı. Uzun illər davam edən mübarizədən sonra, çoxsaylı dostlarını və ailə üzvlərini itirən Skarbek depressiyaya düşdü.
1952-ci ildə keçmiş həmkarı və ona xəstəcəsinə vurğun olan Dennis Muldovney onunla görüşmək istədi. Skarbek Londonda qaldığı otelin foyesində onunla görüşdü. Lakin bu görüş faciə ilə nəticələndi - Muldovney onu bıçaqlayaraq öldürdü.
Muldovney məhkəmədə tanış bir bəhanəyə sığınır. "O, ya mənim olacaqdı, ya da heç kimin!" deyərək cinayətini etiraf edir.
Ceyms Bonda ilham verdi
II Dünya müharibəsinin gedişatını dəyişdirən, nasist zabitlərinin qorxulu röyasına çevrilən bu qadın, barış dövründə bir kişinin qurbanı oldu.
Ceyms Bond romanlarının müəllifi Yan Fleminqin məşhur "Vesper Lind" obrazını Skarbekdən ilhamlanaraq yaratdığı iddia edilir.
Krıstına Skarbekin faciəvi ölümü, qadınların yalnız müharibə meydanlarında deyil, barış dövründə də sağ qalmaq üçün mübarizə aparmalı olduqlarını acı bir şəkildə göstərir.
Aydın

Chosen
43
2
nuh.az

3Sources