EN

Karlo Ançelotti niyə saqqız çeynəyir?

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti oyunlar zamanı niyə saqqız çeynəməsi ilə bağlı sualı cavablayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, 65 yaşlı mütəxəssisin cavabını təqdim edir:

“Bu, sadəcə olaraq əsəbi atmaq üsuludur. Bəziləri buna görə məni tənqid edirlər, amma mənim üçün bu, üsuldur… Axı oyun başlayanda mənim nəbzim dəqiqədə 120 zərbəyə qədər yüksəlir, indi isə bu 63 zərbə təşkil edir. Ola bilsin ki, saqqız mənə kömək edir”, deyə Ançelotti bildirib.

Əlavə edək ki, Ançelotti həm də ondan saqqız istəyənləri qonaq edir. Məsələn, italyan mütəxəssis bir azarkeşin istəyi ilə ona saqqız verərkən diqqət çəkib.

Xatırladaq ki, Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Rəhbərliyi müddətində Ançelotti “Real”ı 336 oyuna çıxarıb, 242 qələbə, 47 heç-heçə, 47 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 812:321 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Chosen
24
2
arena.az

4Sources