“Arsenal” “İnter”in 27 yaşlı hücumçusu Lautaro Martinezlə maraqlanır.
Offsideplus.az xəbər verir ki, tezliklə “topçular”ın yeni idman direktoru vəzifəsinə keçəcəyi gözlənilən italiyalı mütəxəssis Andrea Berta Martinezin böyük fanatıdır. London klubu 2022-ci ilin dünya çempionu üçün potensial transferlə bağlı danışıqlara başlamağı planlaşdırır. Bildirilir ki, Berta hələ “Atletiko Madrid”in idman direktoru olduğu dövrdə də Lautaro ilə müqavilə imzalamaq istəyib.
Lautaro bu mövsüm bütün turnirlərdə 37 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “İnter”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, “Transfermarkt” portalına görə, argentinalı hücumçunun bazar dəyəri 100 milyon avrodur.