EN

Sosial şəbəkələr insan orqanizminə necə təsir edir? - ARAŞDIRMA

Sosial şəbəkələrdən istifadə o qədər də təhlükəsiz deyil.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, insanlar hər gün sosial şəbəkələrdə təxminən iki saat vaxt keçirirlər və bu onların sağlamlıqları üçün müəyyən nəticələr verir.

"Tiktok" və "İnstaqram" kimi platformalar istifadəçilərə o qədər güclü təsir göstərir ki, özünüzü onlardan qoparmaq çətin olur. Alimlər 54 gəncin İnstaqramda 15 dəqiqə vaxt sərf etdiyi araşdırma aparıblar. Nəbz və dəri reaksiyası xüsusi sensorlar vasitəsilə ölçülüb.

"Tiktok" və ya "İnstagram" kimi sosial mediadan istifadə edərkən maraqlı bir hadisə baş verir: ürək döyüntüsü yavaşlayır, lakin tərləmə artır. Bu, bir insanın bir məzmuna baxmaq prosesinə tamamilə fokuslandığı zaman güclü iştirak vəziyyətini göstərir. Alimlər əlavə təcrübə apararaq iştirakçılardan "Instagram"dan istifadəni dayandırmağı və xəbərləri oxumağa keçməyi xahiş ediblər.

Nəticələr göstərib ki, onların ürək döyüntüləri və bununla yanaşı stress səviyyələri artıb. Bir çox iştirakçılar narahat olub və hətta sosial mediaya qayıtmaq istəyiblər.


Chosen
14
2
news24.az

3Sources