EN

Ermənistanda zəlzələ oldu

Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.

 

Senzor.az erməni mediasına istinadən bildirir ki, yeraltı təkan yerli vaxtla saat 09:27-də Spitak şəhəri yaxınlığında qeydə alınıb.

 

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, Ermənistanda baş verən zəlzələ Kars vilayətində də hiss olunub.

 

Məlumata görə, zəlzələ Gürcüstanda da hiss edilib.

Chosen
33
6
senzor.az

10Sources