EN

Pakistan “hüquq müdafiəçisi”ndən Bakıya qarşı həyasız böhtan – Erməni puluna satılanlar

Bazar baqqalsız, meşə çaqqalsız olmaz deyib atalar. Fərq eləməz, çaqqal erkəkdir, yoxsa dişi. Keçək mətləbə.

Özünü hüquq müdafiəçisi sayan pakistanlı, 2016-cı ildə “Avrora” mükafatına namizəd və 4 finalçıdan olmuş Səidə Qulam Fatimə Ruben Vardanyanın məhkəməsində iştirak etmək üçün Bakıya gəlməyi xəyal edir. Bu barədə o, X-dəki mikrobloqunda yazıb.

Pakistanlı ardınca özündənrazı şəkildə qeyd edib: “Ədalətsizliyi uzaqdan qınamaq asandır, real dəyişiklik hərəkət tələb edir. Ona görə də Ruben Vardanyanın işi üzrə məhkəmədə iştirak etmək üçün Bakıya getmək qərarına gəldim. Pakistanlılar Azərbaycana sərbəst səyahət edə bildiyi üçün Bakıya gedib Rubenin başına gələnləri, onun hansı şəraitdə saxlanıldığını və ona qarşı hansı məhkəmə prosesinin getdiyini görmək istəyirəm”.

PAKİS.jpeg

Daha sonra o, utanıb-qızarmadan “hüquq müdafiəçilərini və bütün laqeyd olmayan insanları Vardanyanın azadlığı uğrunda mübarizəyə” çağırıb. “Həbsindən əvvəl mən Ruben Vardanyanla bir neçə dəfə görüşmüşəm. O, gözəl və məsum insandır. O, əziyyət çəkməməlidir. Bütün hüquq müdafiəçiləri səsini ucaltmalı, Vardanyanın azadlığı uğrunda mübarizə aparmalıdır. Biz Rubeni tək qoymamalıyıq. O, çox yaxşı insandır, humanistdir, insan haqları və sülh üçün mübarizə aparıb, ona görə də bu vəziyyətə düşməməlidir”, - sarsaq qadın ərz edib.

Dərhal altını cızaq ki, “Avrora”nın maliyyəçilərindən biri çirkli pulları yumaq üzə “usta” Ruben Vardanyan olub. İndi aydın oldumu Səidə Qulam Fatimə daşı Azərbaycana nəyin qarşılığında atır?..

Məsələ də bundadır. Görəsən kimi müdafiə eləməyi hədəfləyib bu başı qaçmış “müsəlman hüquq müdafiəçisi”? Ağzından çıxanı qulağı eşidirmi? Azərbaycanın müsəlman əhalisinə qarşı etnik təmizləmələr, soyqırımları, digər hərbi və müharibə cinayətləri törətmiş, dövlətimizə və xalqımıza uzun illər meydan oxumuş xuntaçıları, ikiayaqlı vəhşiləri, onların pullu himayəçisinimi?

Xocalı soyqırımı törədiləndə bu “ədalət carçısı” harda idi, Səidə Qulam Fatimə heç olmasa bir dəfə etiraz səsini qaldırıbmı? Bəs 44 günlük müharibə zamanı Gəncə, Tərtər, Bərdə bombalananda, günahsız insanlar, körpələr qətliam ediləndə hansı deşikdə gizlənmişdi? Nəsə yenə onun erməni vandallarını qınayan səsini eşitmədik. Rubenin növbəti bəxşişinimi gözləyirdi?..

GANCA.jpeg

Sonra. Bu adam bilmirmi ki, Vardanyan və dostlarının pulları, təşkilatçılığı hesabına Qarabağda basdırılmış minalardan yüzlərlə dinc azərbaycanlı həyatını itirib və ya ağır xəsarət alıb?

Nəhayət, olmayan vicdanını bir varlı erməni itinin 5 dollarına satan bu qərəz torbasının xəbəri varmı ki, onun ölkəsi Pakistan erməni işğalı və onun ağır nəticələrinə görə hələ də Ermənistanı dövlət kimi tanımır? Hətta Türkiyə Ermənistanı tanıyır, amma İslamabad hələ də buna getməyib, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasını gözləyir!..

Pakistan bizə əbədi qardaş ölkədir. Nə yazıq ki, bu gözəl diyardan, alicənab və mərd xalqın içindən belə şərəfsiz ünsürlər, nadürüstlər də çıxırmış. Doğrudan da meşə çaqqalsız olmaz. Nə fərqi, çaqqal erkəkdir, yoxsa dişi.

Bizə isə həm də bunu demək qalır: Pakistan xalqının çörəyi gözünü tutsun! /musavat.com/

Chosen
4
turkustan.az

1Sources