EN

“Rayonlarda yaxşı uşaqlar var” - Millinin böyük məşqçisi

"Azərbaycanın rayonlarında yaxşı güləşçilər var".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın 15 yaşadək yunan-Roma güləşi üzrə millisinin böyük məşqçisi Əbilfət Məmmədov Gəncədə keçirilən ölkə birinciliyinin yekunları barədə danışarkən bildirib.

Mütəxəssis yarışın yaxşı keçdiyini vurğulayıb:

“Çempionat yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycanın rayonlarında yaxşı güləşçilər var. Xüsusən də Göyçaydan İbrahim Məmmədzadəni bəyəndim. Hansı ki, birinci yeri tutdu. Ümumiyyətlə, ilk yerləri tutan uşaqların hər birini yığmaya dəvət etmişik. Hətta yer tuta bilməyən bəzi idmançılara da şans verməyi düşünürük. Növbəti həftə millinin məşqlərinə qoşulacaqlar”.

Mütəxəssis qarşıdakı planlarla bağlı sualı da cavablandırıb:

“Komanda aprelin əvvəlində Serbiyada keçiriləcək gimnaziadada iştirak edəcək. Daha sonra Avropa çempionatına hazırlıq görəcəyik. Buna qədər iki təlim-məşq toplanışımız olacaq. Uşaqların gimnaziadada şanslarını normal dəyərləndirirəm. Yeniyetmlərin yarışı olduğu üçün konkret nəsə demək çətindir. Çünki bu uşaqların 50-60 faizi təyyarəyə ilk dəfə minəcək”.

Gəncə İdman Sarayında baş tutan Azərbaycan birinciliyi milli komandaya seçim xarakteri daşıyıb.

Chosen
5
sportinfo.az

1Sources