Xalq artisti Faiq Ağayev 8 Mart - Beynəlxalq Qadınlar Günündə yeni mahnı hədiyyə edib.
Far.Az xəbər verir ki, sənətçi "Gül" adlı mahnısına ekran həyatı verib.
Ağayev ifaya süni intellektlə klip çəkdirib.
Mahnının sözləri və musiqisi Yap10-a (Zamiq Əliyev) aiddir.
Klipi Toğrul Rzayev və İsmayıl Həmidov ekranlaşdırıblar.