EN

Yun Sok Yol azadlığa çıxdı


Cənubi Koreyanın impiçment elan edilmiş prezidenti Yun Sok Yol istintaq təcridxanasından azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, prezident artıq istintaq təcridxanasını tərk edib. Onu təcridxananın çıxışında tərəfdarları qarşılayıb.
Digər tərəfdən, Cənubi Koreya Prokurorluğu da məhkəmənin qərarından apellyasiya şikayəti verməmək və bununla da Yun Sok Yolun həbsdən azad edilməsinə icazə vermək qərarına gəlib.  
Qeyd edək ki, dekabrın 14-də parlament Cənubi Koreya Prezidentinə qarşı impiçment elan edib.
Chosen
10
yeniavaz.com

1Sources