"Yuventus" klubunun rəhbərləri yay "transfer pəncərəsi"ndə "Atalanta"dan üç futbolçu almağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı "Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, "Qoca sinyora" bu mövsüm bitdikdən sonra braziliyalı yarımmüdafiəçi Ederson və iki hücumçu - nigeriyalı Ademola Lukman və italyan Mateo Reteqini heyətinə cəlb etmək istəyir. Turin klubu üçün başlıca hədəf uzun müddətdir ki, çıxışını izlədiyi Ademola Lukmandır.
Xatırladaq ki, “Atalanta” hazırda İtaliya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Dördüncü yerdə Tyaqo Mottanın çalışdırdığı “Yuventus” yer alıb.
Mirağa