Əməkdar artist Gülüstan Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə paylaşım edib.
Sənətçi aktyor Allahverdi Yolçuyevlə 20 il əvvəl Azərbaycan Televiziyasının (AzTV) lentə aldığı sözügedən bayram günü ilə bağlı kiçik “ər-arvad” səhnəciyini instaqram səhifəsində yayımlayıb.
“20 il əvvəl... 8 mart... Əziz xanımlar, bayramınız mübarək. Biz bilirik bizə nə lazımdır. Hamınıza sevgi, qayğı, diqqət, bir sözlə, xoşbəxtlik arzu edirəm. Sevgilərlə...” – deyə, Gülüstan paylaşımına yazıb./olay
Tarix: 8 Mart 2025, 15:26