EN

Mozambik millisinin üzvü "Zirə"yə keçib

“Zirə” yeni futbolçu ilə anlaşıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdanverilən məlumata görə, "qartallar" Rikardo Martins Gimaraynş "Quima"nı heyətinə qatıb. Mozambikli yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.

Chosen
85
45
sia.az

10Sources