EN

Azərbaycan Basketbol Liqasının XVII turunda “Sabah” “Neftçi”ni məğlub edib

Azərbaycan Basketbol Liqasının XVII turunda “Sabah” “Neftçi”ni məğlub edib. SİA xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun qarşılaşması Rimas Kurtinaytisin rəhbərlik etdiyi komandanın 105:77 hesablı qələbəsi ilə başa çatıb.

XVII turda bu gün daha iki oyun keçiriləcək. B qrupunda “Quba” “Şəki” ilə üz-üzə gələcək. A qrupunda isə “Abşeron” “Sərhədçi” ilə qarşılaşacaq.

Qeyd edək ki, turun ötən gün keçirilən NTD - "Naxçıvan" matçı birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
4
5
sia.az

7Sources