EN

Avropanın 4 böyük ölkəsindən Qəzza açıqlaması

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Ərəb Dövlətləri Liqasının fövqəladə sammitində qəbul edilən və fələstinlilərin Qəzza zolağından didərgin düşməsinin qarşısını alacaq yenidənqurma planını dəstəklədiklərini bildiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Bu plan Qəzzanın yenidən qurulması üçün real yol xəritəsini təqdim edir və həyata keçiriləcəyi təqdirdə Qəzzada fələstinlilərin ağır həyat şəraitini sürətlə və davamlı şəkildə yaxşılaşdıracağını vəd edir”, - adıçəkilən ölkələrin nazirlərinin birgə bəyanatında bildirilib./axar.az

Chosen
13
bakivaxti.az

1Sources