EN

Ötən gün Azərbaycanda qumbara, tapança və avtomatlar aşkar edilib

Polis əməkdaşları ötən gün ölkə ərazisində qumbara, tapança və avtomatlar aşkar ediblər. SİA xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 1 qumbara, 5 tüfəng, 19 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Chosen
5
2
sia.az

3Sources