EN

Suriyada iki erməni öldürüldü

Suriyanın Latakiya şəhərində baş verən atışma nəticəsində iki erməni mənşəli şəxs – ata və oğul, Antuan və Fatti Putros həlak olub.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni “Gandzasar” qəzeti məlumat yayıb.

Hadisənin detalları hələ tam açıqlanmasa da, Suriyada baş verən son silahlı qarşıdurmaların və ölkədə mövcud olan kriminal mühitin bu cür hadisələrə səbəb olduğu bildirilir.

Suriya erməni icmasının yaşadığı ölkələrdən biridir. Burada minlərlə erməni əsasən Halep, Latakiya və Dəməşq şəhərlərində cəmləşib. Ermənistanla Suriya arasında uzun illər sıx siyasi və hərbi əlaqələr mövcud olub.

Suriyada yaşayan ermənilərin bir qismi hələ 1990-cı illərdən etibarən Ermənistanın dəstəyi ilə Qarabağa köçürülüb və burada qanunsuz məskunlaşdırılıb. 1-ci və 2-ci Qarabağ müharibələri zamanı Suriya erməniləri Azərbaycan əleyhinə hərbi əməliyyatlarda fəal iştirak ediblər. Xüsusilə, 2020-ci ildəki 44 günlük müharibə zamanı Suriyadan gətirilən erməni döyüşçülərin Ermənistan tərəfində vuruşduğu və Azərbaycan Ordusuna qarşı silahlı əməliyyatlarda iştirak etdiyi barədə məlumatlar yayılmışdı.

Chosen
28
konkret.az

1Sources