EN

Rusiya Donetski vurdu: 11 ölü, 30 yaralı

Rusiya qoşunlarının cümə günü axşam saatlarında Ukraynanın Donetsk vilayətinin Dobropillya şəhərinin mərkəzi hissəsinə zərbələr endirməsi nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hücumlar nəticəsində 8 beşmərtəbəli binaya, 1 inzibati binaya və 30 avtomobilə ziyan dəyib:

“Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib”.

Qeyd edək ki, bundan əvvəl vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin hadisələr zamanı 4 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat vermişdi.

Chosen
23
3
adalet.az

5Sources