EN

Toronto şəhərində pabda atışma baş verib

Bakı. Trend:

Ontario ştatının Toronto şəhərində pabda baş verən atışmanəticəsində 12 nəfər yaralanıb.

Trend xəbər verirki, bu barədə yerli polisin sözçüsü Pol Makintayr məlumatverib.

Onun sözlərinə görə, cümə günü axşam saatlarında Skarborobölgəsində yeni pabın açılışı olub. Bir müddət sonra otağa üçnaməlum maskalı şəxs daxil olub, onlardan biri avtomatlasilahlanıb.

"Onlar pabın müştərilərinə atəş açıblar. Məmnuniyyətləbildirirəm ki, heç bir itki yoxdur", - deyə açıqlamaları CTV-dənümayiş etdirilən Makintayr bildirib.

Polis məmuru qeyd edib ki, altı nəfər güllə yarası alıb,qalanları isə sınmış qab-qacaq qırıqlarından yaralanıb. Ölənlərin20-50 yaş arasında olduğu bildirilir. Hazırda hücum edənlərinaxtarışı davam etdirilir.

Chosen
38
az.trend.az

1Sources