EN

Renat Dadaşovdan Polşa çempionatında növbəti qol - VİDEO

Azərbaycan millisinin iki üzvünün - Renat Dadaşovla Rahil Məmmədovun çıxış etdiyi "Radomiak" Polşa çempionatında növbəti matçına çıxıb. 

Fanat.Az xəbər verir ki, sözügedən komanda 24-cü tur çərçivəsində səfərdə "Krakovia" ilə qarşılaşıb. 

Rahil bu matçın iştirak ərizəsində yer almayıb. Renat isə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 54-cü dəqiqədə meydana daxil olub.

Görüşün nəticəsinə gəlincə, "Radomiak" çətin rəqiblə görüşdə 2:1 qalib gəlməyi bacarıb. Komandanın qələbə qolunun müəllifi məhz Renat olub. Onun 90+1-ci dəqiqədə vurduğu qol yekun nəticəni müəyyənləşdirib. Beləliklə, millimizin hücumçusu yeni komandasında meydana çıxdığı 2-ci matçda da rəqib qapısına yol tapıb. 
 

25 yaşlı futbolçu ötən tur "Vidzev"lə qarşılaşmada (1:1) da 90-cı dəqiqəsində fərqlənməklə komandasını məğlubiyyətdən xilas etmişdi. 

Radomiak hazırda Ekstraklasada 24 turdan sonra 28 xalla 18 kollektiv arasında 12-ci pillədədir.

Chosen
9
fanat.az

1Sources