EN

Basketbol: “Sabah” “Neftçi”yə, “Abşeron” “Sərhədçi”yə qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Bu qarşılaşmalardan ikisi A qrupunda keçirilib. Çempionatın lideri “Sabah” “Neftçi” ilə görüşüb. Qarşılaşma Azərbaycan çempionunun qələbəsi ilə başa çatıb. “Sərhədçi” isə “Abşeron”la qarşılaşıb. Qonaq komanda 77:75 hesabı ilə qalib gəlib

B qrupunun yeganə matçında “Quba” və “Şəki” komandaları üz-üzə gəliblər. Qonaq komanda 3 xal fərqi ilə qalib gəlib.

Tura martın 9-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
17-ci tur, 8 mart

A qrupu

“Sabah” – “Neftçi” 105:77 (30:22, 29:13, 22:20, 25:22)
Sərhədçi İdman Mərkəzi.

“Abşeron” – “Sərhədçi” – 77:75 (17:21, 23:15, 19:13, 18;26)
Abşeron Olimpiya İdman Kompleksi.

Xallar: Sabah – 30. Naxçıvan – 28. Neftçi – 25. NTD – 23. Sərhədçi – 22. Abşeron – 22.

B qrupu

“Quba” – “Şəki” 63:66 (14:11, 14:20, 13:21, 22:14)
Sərhədçi İdman Mərkəzi.

Xallar: Şəki – 28. Gəncə – 28. Ordu – 27. Sumqayıt – 22. Quba – 21. Lənkəran – 19.

Chosen
41
arena.az

1Sources