EN

ABŞ hökuməti SpaceX ilə müqavilələr bağlamağı nəzərdən keçirir

Bakı. Trend:

ABŞ-nin bir sıra dövlət qurumları, əsas məhsullarından biriStarlink peyk internet rabitə sistemi olan İlon Maskın SpaceXşirkəti ilə müqavilələr bağlamaq imkanını nəzərdən keçirir.

Trend xəbər verirki, bu barədə NBC televiziya şirkəti məlumat yayıb və qeyd edib ki,bu, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edənMaskın əlavə gəlir əldə etməsinə səbəb olacaq.

NBC mənbələrinin məlumatına görə, federal hökumətin əsasfunksiyalarını idarə edən və dəstəkləyən ABŞ Ümumi Xidmətlərİdarəsi (GSA) fevralın ortalarında Starlink xidmətlərindən istifadəetməyə başlayıb.

Pentaqon və Ticarət Departamenti də daxil olmaqla, ən azı yeddibaşqa agentlik Starlink ilə ABŞ Prezidenti Donald Tramp Ağ Evəqayıtmazdan əvvəl imzalanmış aktiv müqavilələrə malikdir.

Chosen
33
1
az.trend.az

2Sources