EN

ABŞ-da kəpənəklər sürətlə yoxa çıxır

ABŞ-da kəpənəklərin sayı 2000-ci ildən bəri 22 faiz azalıb. SİA-nın məlumatına görə, bu barədə “Science” jurnalının yeni araşdırmasında deyilir.

Ümumilikdə, elm adamları 2000-ci ildən 2020-ci ilə qədər ABŞ-da 12,6 milyon kəpənəyi sənədləşdirən müxtəlif qruplar tərəfindən aparılan təxminən 77 000 araşdırmanı təhlil ediblər.

Bu məlumatların tədqiqi göstərib ki, hər il orta hesabla kəpənək populyasiyası 1,3 faiz azalır.

Beləliklə, 2000-ci ildən 2020-ci ilə qədər onların ABŞ-da sayı 22 faiz azalıb.

...Son 20 ildə kəpənəklərin sayı azalır.Və bunun bitəcəyinə dair heç bir əlamət görmürük.

Bunu məqalənin həmmüəllifi, Miçiqan Dövlət Universitetinin entomoloqu Nik Haddad deyir.

Qeyd olunur ki, ABŞ-ın cənub-qərb bölgələrində - Arizona, Nyu-Meksiko, Texas və Oklahoma ştatlarında az sayda kəpənək qeydə alınıb ki, onların sayı son iyirmi ildə yarıdan çox azalıb.

Alimlər kəpənəklərin sayının azalmasının mümkün səbəbləri kimi yaşayış yerlərinin itirilməsi, pestisidlərin istifadəsi və iqlim dəyişikliyini qeyd edirlər.

Nazlı Almuradova

Chosen
17
1
sia.az

2Sources