Rusiya raketləri Ukraynaya amansızcasına düşməyə və daha çox ölüm və dağıntı gətirməyə davam edir. Bu, Putinin sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir.
Axar.az xəbər verir ki, bu sözləri AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkə hesabında yazıb.
“Biz hərbi dəstəyimizi gücləndirməliyik, əks halda daha çox ukraynalı mülki vətəndaş ən yüksək qiyməti ödəyəcək”, - Kallas bildirib.