EN

İmişlidə dəm qazından boğularaq ölənlərin adları bilinib - YENİLƏNİB

İmişli, 9 mart, AZƏRTAC

İmişli rayonunda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bəhrəmtəpə qəsəbəsində qeydə alınan hadisədə ölənlər bir ailənin üzvüdür, digər bir nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir. Hadisədə Azadova Mehriban İdris qızı və onun övladları - Azadov Məhəmməd və Azadova Fatimə ölüb, ailə başçısı Azadov Vasif Əlirza oğlu isə İmişli Rayon Mərkəzi Xəstəxana hospitalizasiya olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

23:30

İmişli rayonunda dəm qazından zəhərlənən bir ailənin üç üzvü ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. Hadisə zamanı ana və iki azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb. Zəhərlənməyə məruz qalan 1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Chosen
11
3
azertag.az

10Sources