EN

Suriyadakı son qarşıdurmanın təşkilatçısı Qiyas Delledir

Suriyanın devrilmiş rejimin ünsürlərinin martın 6-da Latakiya əyalətində təhlükəsizlik qüvvələrini pusquya salması və 11 təhlükəsizlik əməkdaşını öldürməsi ilə nəticələnən qarşıdurmaların planlayıcısı kimi Məhir Əsədə sadiq generallardan olan Qiyas Dellenin adı hallanır.

İki sahil”in “CNN Türk”ə istinadən verdiyi məlumata görə, devrilmiş rejimin lideri Bəşər Əsədin qardaşı Mahir Əsədin 4-cü diviziyasında xidmət edən Dellenin adı bu bölmənin Suriyada törətdiyi bir çox qırğınlarda çəkilib.

Bildirilir ki, Delle 2012-ci ildə Dəməşqin Moadamiye və Deraya bölgələrində dinc əhalinin ağır silahlarla qətlə yetirilməsinə görə məsuliyyət daşıyır. Devrilmiş rejim komandiri həmçinin 100-dən çox insanın aclıqdan öldüyü Dəməşqin Madaya və Zebadani rayonlarında rejim blokadalarına rəhbərlik edib.

Çox sayda mülki vətəndaşın aclıqdan öldüyü Şərqi Qutanın blokadası zamanı Delle də ön cəbhədə olub.

Devrilmiş rejim generalının müxalif qüvvələrə və mülki şəxslərə qarşı hücumların həyata keçirildiyi illərdən İranın komandanlığındakı milislərlə birgə fotoları hələ də sosial şəbəkələrdə mövcuddur. Əslində, Mahir Əsəd devrilmiş rejimin dövründə İranla ən yaxşı münasibətlərə malik olan ən güclü rejim lideri kimi tanınırdı.

Rejim devrildikdən sonra Delle doğulduğu Latakiyaya qaçıb və orada keçmiş əsgərlər və milislərlə yeraltı hərəkat təşkil edərək, onu “hərbi şura” elan edib.

Latakiya və Tartusdan hökumət qüvvələrini çıxaracaqlarını bildirən Delle, martın 6-da yayımladığı bəyanatda mövcud administrasiyanı devirmək üçün hərəkətə keçdiklərini açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
16
ikisahil.az

1Sources