EN

"Barselona"nın oyunu təxirə salındı - Həkimin ölümünə görə

İspaniya La Liqasının 27-ci turu çərçivəsində bu gün "Osasuna" ilə qarşılaşmalı olan "Barselona"nın matçı təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, oyun "Barselona"nın tibb heyətinin üzvü olan Karles Minyarronun vəfatına görə bu gün keçirilməyəcək.

Onun hansı səbəbdən ölməsi hələlik məlum deyil. Matçın təxirə salınmasını futbolçuların özləri istəyiblər. Oyun Bakı vaxtı ilə saat 00:00-da baş tutmalı idi.

40 yaşlı Karles Minyarro 2017-ci ildən klub sistemində çalışırdı. Bu mövsüm o, futzal komandasından əsas futbol komandasına keçmişdi.

Chosen
48
20
sportinfo.az

10Sources