EN

“Barselona”nın həkimi ölüb, oyun təxirə salınıb

La Liqanın XXVII turu çərçivəsində "Barselona"nın “Osasuna” ilə keçirilməsi nəzərdə tutulan matçı təxirə salınıb.

Apasport.az xəbər verir ki, buna səbəb “Barselona” A komandasının həkimi Karles Minarro Qarsiyanın vəfat etməsi olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada "Barselona” İdarə Heyəti və bütün işçilər, bu acı xəbərə görə, Karles Minarro Qarsiyanın ailəsi və dostlarına ən dərin başsağlıqlarını bildirib.

Chosen
24
7
azpolitika.info

8Sources