EN

Diyarbəkirdə “Starbucks”a silahlı hücum olub

Bakı. Trend:

Türkiyənin Diyarbəkir şəhərində yerləşən “Starbucks”qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər həlak olub, dahabir nəfər isə yaralanıb.

Trend xəbər verirki, İHA agentliyinin məlumatına görə, hadisə şəhərin mərkəzi Bağlarrayonundakı ticarət mərkəzində baş verib.

Naməlum şəxs qəhvəxanaya bayırdan atəş açıb. Nəticədə bir qadınağır yaralanıb və xəstəxanaya aparıldıqdan sonra həyatınıitirib.

“Anadolu” agentliyi isə cinayəti törətməkdə şübhəli bilinənşəxsin axtarışlarının davam etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
58
az.trend.az

1Sources