EN

Almaniya Bundesliqası: "Bayer" də evdə uduzdu, "Bayern" də

Almaniya Bundesliqasında 25-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, ilk gündə daha altı oyun baş tutub.

Gün meydan sahibləri üçün uğursuz alınıb. Dortmund “Borussiya”sı evdə “Auqsburq”a məğlub olub. “Bayer” “Verder”lə ev oyununda 2 cavabsız qolla uduzublar. Lider “Bayern” isə “Boxum”la ev oyunundan xalsız ayrılıb.

Almaniya Bundesliqası
25-ci tur
7 mart

Borussiya (Mönhenqladbax) Maynts 1:3
Qollar: Layner, 73 – Nebel, 39. Köhr, 49. Amiri, 77.

8 mart

Bayer Leverkuzen – Verder 0:2
Qollar
: Şmid, 7. Njinma, 90+4.

Bayern Münhen – Boxum 2:3
Qollar
: R.Gerrero, 14; 28 – Mediç, 31. Sissoko, 51. Bero, 71.

Borussiya (Dortmund) – Auqsburq 0:1
Qol
: Qaueleu, 23.

Holştayn – Ştutqart 2:2
Qollar
: Skribski, 30; 46 – Levelinq, 15. Demiroviç, 55.

Volfsburq – Sankt Pauli 1:1
Qollar
: Amura, 70-pen – Van der Heyden, 38.

Frayburq – Leypsiq 0:0

9 mart

18:30. Ayntraxt – Union Berlin
20:30. Hoffenhaym – Haydenhaym

Chosen
22
fanat.az

1Sources