EN

İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğularaq öldü, biri xəstəxanaya yerləşdirildi

İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faciə nəticəsində ana Azadova Mehriban İdris qızı, iki azyaşlı övladı Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı vəfat ediblər.

 

Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

"Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilir", - TƏBİB-dən bildirilib.

Tarix: 9 Mart 2025, 06:31   
Chosen
65
1
pravda.az

10Sources