EN

DİM tərəfindən 9 martda buraxılış imtahanları keçirilir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da ölkənin müxtəlifbölgələrində tam orta təhsil üzrə buraxılış imtahanı keçirir.

Trend xəbər verirki, imtahanlar Bakı şəhəri və 20-dən çox rayonu əhatə edir,həmçinin Naxçıvan Muxtar Respublikasında da təşkil olunub.İmtahanda 58 min 732 şagirdin iştirakı gözlənilir, bunlardan 70nəfəri isə sağlamlıq imkanları məhdud şagirdlərdir.

Xüsusi şəraitə ehtiyacı olan iştirakçılar üçün xüsusi zallarayrılıb və onlara fərdi nəzarətçilər təyin edilib. Hərəkətməhdudiyyətli şagirdlər üçün imtahan məkanlarına daxil olmaq vəhərəkət etmək üçün şərait yaradılıb. Bu imtahanlarda sağlamlıqimkanları məhdud iştirakçılar üçün nəzarətçilərlə xüsusi təlimlərkeçirilib.

İmtahan saat 11:00-da başlayacaq və iştirakçılar saat 10:45-əqədər imtahana buraxılacaq. İmtahan binasına girmək üçün şagirdlərimtahana buraxılış vərəqəsi, şəxsiyyət vəsiqəsi və ya digər müvafiqsənədləri təqdim etməlidirlər.

DİM tərəfindən bu il imtahanların keçirilməsi üçün ümumilikdə255 imtahan binası və 4430 imtahan zalı ayrılıb. 773 nəfərburaxılış rejimi əməkdaşı və 5523 nəfər nəzarətçi imtahanlarınkeçirilməsini təmin edəcək.

Chosen
24
3
az.trend.az

4Sources