EN

Argentinada daşqınlar nəticəsində ən azı 13 nəfər həyatını itirib

Bakı. Trend:

Argentinanın cənubundakı Buenos-Ayres əyalətində baş verəndaşqınlar nəticəsində ən azı 13 nəfər həyatını itirib, iki uşaq isəitkin düşüb.

Trend xəbər verirki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "La Nación"qəzeti məlumat yayıb.

Əvvəlcə 10 nəfərin öldüyü bildirilirdi, lakin zərərçəkənlərin vəitkin düşənlərin sayının artacağı ehtimal edilir, çünki zərərçəkmiş yaşayış məntəqələrində hələ də rabitə problemi yaşanır vəelektrik enerjisi yoxdur.

Baya Blanka liman şəhəri və onun ətraflarında cümə günü başverən güclü yağışlar nəticəsində daşqınlar meydana gəlib. Bir günərzində təxminən 300 mm yağıntı düşüb, bu da şəhər üçün tarixirekord olub. Ərazidə minlərlə insan təxliyə edilib.

Müdafiə naziri Luis Petri, təhlükəsizlik naziri PatrisiyaBullriç və Buenos-Ayres əyalətinin qubernatoru Aksel Kisillofşəhərə gəlib və xilasetmə işlərini koordinasiya edirlər. Federalhökumət daşqınların nəticələrinin aradan qaldırılması üçün 10milyard peso (9 milyon dollar) vəd edib.

Chosen
30
az.trend.az

1Sources