EN

Fiziyev Qeyciyə məğlub oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev "UFC-313" turnirinin növbəti döyüşünü keçirib.
Oxu.Az xəbər verir ki, 32 yaşlı idmançı "UFC 313" qarışıq döyüş növləri üzrə turnirdə yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Castin Qeyci ilə üz-üzə gəlib.
Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub - 29-28, 29-28, 29-28
Xatırladaq ki, 2023-cü ilin martında "UFC 286" turnirində də R.Fiziyev C.Qeyciyə məğlub olmuşdu.
Chosen
2
11
oxu.az

10Sources