EN

DSMF rəsmisi iftardan qayıdarkən adam vurubmuş - DETALLAR 

  Xəbər verdiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov Qaxda piyadanı vuraraq ölümünə səbəb olub.

Hadisə ilə bağlı DSMF məlumat yayıb.

Bildirilib ki, hadisə Turan Əsədov iftardan qayıdarkən baş verib.

“Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.

Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib".

Qeyd olunub ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcək.


Chosen
15
10
referans.az

10Sources