EN

Bu gün 58 min 732 şagird imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

XəzərNews.az DİM-ə istinadənm xəbər verir ki, imtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur.

Martın 9-da Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərinin şagirdləri də imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4 430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5 523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb.



Xəbər 7 dəfə oxunub.
Chosen
5
50
xezernews.az

10Sources