EN

25 min dollar ödəyək, könüllü istefa verin! - Nazirlikdən əməkdaşlara təklif

ABŞ-ın Səhiyyə Nazirliyi ölkə administrasiyasının elan etdiyi kütləvi ixtisarlar fonunda bütün əməkdaşlarına işdən çıxmağı təklif edib.
 
Publika.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb.
 
“Cümə günü nazirlik bütün əməkdaşlarını 25 min dollar ödənilməsi müqabilində könüllü istefa vermə ehtimalı barədə məlumatlandırıb”, - deyə bildirilir.
 
Qərar qəbul etmək üçün işçilərə bir həftə vaxt verilib. Təklifin müddəti martın 14-də başa çatacaq.
 
Nazirlikdə ümumilikdə 80 mindən çox işçi çalışır.
 
Xatırladaq ki, martın 6-da “The New York Times” öz mənbələrinə istinadən ABŞ administrasiyasının Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşlarını ixtisar etməyə başladığını yazmışdı.
Chosen
16
2
moderator.az

3Sources