Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev UFC-də növbəti döyüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 32 yaşlı idmançı UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qeydji ilə üz-üzə gəlib.
Üç raundun yekununa əsasən Fiziyev rəqibinə uduzub.
Qeyd edək ki, 2023-cü ilin martında UFC 286 turnirində də Fiziyev Qeydjiyə yenilmişdi.