EN

Rafael Qetjiyə yenə məğlub oldu

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti döyüşünü keçirib.

XəzərNews.az xəbər verir ki, 32 yaşlı idmançı turnirdə yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Castin Qetji ilə üz-üzə gəlib.

Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub - 29-28, 29-28, 29-28.

Xatırladaq ki, 2023-cü ilin martında UFC 286 turnirində də R.Fiziyev Castin Qetjiyə məğlub olmuşdu.

Xəbər 1 dəfə oxunub.
Chosen
24
8
xezernews.az

10Sources