EN

İlon Mask ukraynalı oliqarxlara sanksiya tətbiq olunmasını təklif edib

ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, iş adamı İlon Mask ukraynalı milyarderlərə sanksiya tətbiq etməyə çağırıb.
 
APA-nın xəbərinə görə, İlon Mask bu barədə X-da paylaşım edib.
 
“Ukraynalı 10 oliqarxa, xüsusən Monakoda villaları olanlara sanksiya tətbiq edin”, - deyə ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri vurğulayıb.
 
İlon Mask hesab edir ki, bu, Ukraynada atəşkəsə nail olmağın “açar”ıdır.
Chosen
8
10
moderator.az

10Sources