Qərbyönlü Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) son günlər Suriyanın sahillərində 745 mülki şəxsin öldürüldüyünü bildirib.
Təşkilat ölkədə təhlükəsizlik vəziyyətinin pisləşdiyini vurğulayıb.
“Şənbə günü axşam saatlarında ölənlərin sayı 1018-ə çatıb, onlardan 745-i məzhəblərarası zorakılıqlarda soyuqqanlılıqla öldürülən mülki vətəndaşdır”, – bəyanatda deyilir.
Bundan əvvəl Suriya televiziyası naməlum şəxslərin Suriya təhlükəsizlik qüvvələrinin Deyr əz-Zordakı qərargahına hücum etdiyini bildirib.
Suriya təhlükəsizlik qüvvələrinin patrulu da Latakiyada pusquya düşüb.
DOĞRU.AZ