EN

Sabah hava necə olacaq?

Martın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Valyuta.Az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Martın 10-da Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Chosen
21
49
valyuta.az

10Sources