EN

Əhaliyə XƏBƏRDARLIQ: Bu gündən başlayır, ÇOX GÜCLÜ olacaq

Əhaliyə XƏBƏRDARLIQ: Bu gündən başlayır,

2025-ci ilin mart ayında Yer kürəsində müxtəlif intensivlikdə maqnit qasırğaları proqnozlaşdırılır.

Emlakbazari.az

E-saglam.az bildirir ki, mütəxəssislərin məlumatına görə, bu qasırğalar meteohəssas insanların sağlamlığına və texnoloji sistemlərin fəaliyyətinə təsir göstərə bilər.

Musavat.com maqnit qasırğalarının baş verəcəyi tarixləri təqdim edir:

9-10 mart: Güclü maqnit qasırğası proqnozlaşdırılır. Bu müddətdə sağlamlığa və texnoloji sistemlərin işinə əhəmiyyətli təsirlər mümkündür. 

12-14 mart: Yenidən güclü maqnit qasırğası gözlənilir. Naviqasiya və rabitə sistemlərində nasazlıqlar, həmçinin meteohəssas insanlarda sağlamlıq problemləri yarana bilər. 

15-16 mart: Orta intensivlikdə maqnit qasırğası ehtimalı var. Xroniki xəstəlikləri olan şəxslər bu günlərdə xüsusi diqqət yetirməlidirlər. 

16-18 mart: Zəif maqnit pozğunluqları davam edəcək. 

21-22 mart: Zəif maqnit qasırğası proqnozlaşdırılır. Yüngül narahatlıqlar mümkündür. 

26-28 mart: Orta güclü maqnit qasırğası gözlənilir. Bu dövrdə baş ağrıları və təzyiq dəyişiklikləri kimi əlamətlər yarana bilər.

Sağlamlığınızı necə qorumaq olar?

Maqnit qasırğalarının təsirini azaltmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək məsləhətdir:

Sağlam həyat tərzi: Balanslı qidalanma və müntəzəm yuxu rejimi sağlamlığınızı qorumağa kömək edəcək.

Stressin azaldılması: Rahatlama texnikaları və meditasiya stress səviyyəsini aşağı sala bilər.

Fiziki fəaliyyətin məhdudlaşdırılması: Qasırğa günlərində ağır fiziki işlərdən çəkinmək məsləhətdir.

Dərmanların əlçatanlığı: Xroniki xəstəlikləri olan şəxslər həkimlərinin təyin etdiyi dərmanları yaxınlıqda saxlamalıdırlar. (musavat.com)

E-saglam.az


Chosen
22
9
e-saglam.az

10Sources