EN

İlon Mask: "Starlink"i söndürsəm, Ukrayna ordusunun ön xətti çökəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Starlink" peyk internet sistemi Ukrayna ordusunun özəyidir".
Oxu.Az xəbər verir ki, bunu amerikalı milyarder və "SpaceX" şirkətinin qurucusu İlon Mask "X" sosial şəbəkə hesabında yazıb.
"Mənim "Starlink" sistemim Ukrayna ordusunun özəyidir. Onu söndürsəm, onların bütün ön xətti çökəcək", - deyə o bildirib.
İ.Mask vurğulayıb ki, Ukraynanın qaçınılmaz olaraq məğlub olacağı çıxılmaz vəziyyətdə yaşanan çoxillik qırğından iyrənib.
Qeyd edək ki, "Starlink" peyk rabitə sistemi "SpaceX"ın layihəsidir. Sistem 2022-ci ildə Ukraynada fəaliyyətə başlayıb.
Chosen
24
34
oxu.az

10Sources