Torium – elementlərin dövri cədvəlində 90-cı yerdə olan yüngül radioaktiv xüsusiyyətləri olan ağır metaldır. Norveç mifologiyasındakı ildırım allahının adını daşıyan bu element “torium-232” izotopu şəklində təbiətdə urandan 3-4 dəfə çox yayılıb.
O, nüvə energetikasında urana əsas alternativ sayılır: daha təhlükəsiz olmaqla, 200 dəfə artıq enerji tutumludur. Torium reaktorunu su ilə soyutmaq lazım gəlmir. İstifadəsindən sonra radioaktiv tullantılar qalmır.
Toriumu şüalandırmaq yolu ilə urana çevirmək də mümkündür. MAGATE-nin də yanaşması belədir ki, torium bəşəriyyətin energetika probleminin həlli yollarından biri ola bilər.
İndiyə qədər torium energetikasının əsas problemi onun hasilatının urandan baha başa gəlməsi hesab olunurdu.
Çin 2029-cu ildə Qobi səhrasında dünyada ilk dəfə olaraq toriumla işləyən reaktor stansiyası qurmağı planlaşdırır. Eyni zamanda, toriumla işləyən yük gəmilərinin yaradılması üzərində də iş gedir.
Tariyel Həsənov
AzVision.az